MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEVİN 60 İLLİK YUBİLEYNƏ VƏ ZƏFƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ YARIŞ kEÇİRİLDİ.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində kempo, qocyu-ryu və fudokan idman növləri üzrə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə və “Zəfər Günü”nə həsr edilmiş açıq respublika çempionatı keçirilib.

Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının və Dünya Fudokan Federasiyasının (DFF) Azərbaycan Respublikasında rəsmi və salahiyyətli nümayəndələyinin birgə təşkil etdiyi yarış uşaq, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilib.

Tədbirin açlış mərasimində qazilərimiz, şəhid ailələri, dövlət xadimləri, Milli Məclisin deputatları, tanınmış idmançılar, həmçinin sənət adamları da iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının prezidenti, Əməkdar idman xadimi Tarverdi Allahverdiyev, federasiyanın rəsmi nümayəndəsi İmran Hüseynəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, DFF-nin Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Milli Məclisin deputatı Vüqar İsgəndərov, qazilər və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 30 ildən artıq düşmən işğalı altında olan torpaqlarımızı azad edərək xalqımıza böyük qələbə sevinci yaşatdığını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, dövlət tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda bu sahədə davamlı uğurlar əldə edilir. Sonra yarışlara start verilib.
Yarışda yekun nəticələrə görə mükafatçılar müəyyənləşib. Turnirdə ilk üç yeri tutanlar təşkilatçılar tərəfindən mükafatlandırılıblar. Turnirdə eyni zamanda, DFF-nin Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi, Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının vitse-prezidenti Vüsal Abdullazadə və federasiyanın baş məşqçisi Əjdər Alıyevə beynəlxalq federasiyanın döş nişanları təqdim edilib.

Qeyd edək ki, yarışların qalibləri milli komandanın tərkibində yer alaraq ölkəmizi beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında təmsil edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir