Azərbaycan yığmasından növbəti uğur

08-09 oktyabr 2015-ci il tarixlərdə İran İslam Respublikasının Təbriz şəhərində kempo-karate və kobudo idman növləri üzrə I Avroasiya Kuboku keçirilib.
Təbriz şəhərinin Milli İdman Mərkəzinin Gimnastika zalında keçirilən Beynəlxalq Seminarda, I Avroasiya Kubokunda Azərbaycan yığması uğurlu çıxış edib. Yarış Beynəlxalq Kempo-Karate və Kobudo Federasiyasının İran İslam Respublikası üzrə nümayəndəsi və baş təlimatçısı və həmçinin BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərliyi altında keçirilib.
Yarışda 16 ölkə iştirak edib.
Yarışda kata və tərkisilah üzrə nəticə qazanmış idmançılar: Allahverdiyev Məhəmməd – kata – I yer – 9-11 yaş.
(Kumite) döyüş üzrə: Süleymanov Kənan – İriqumu Cyu – 35 kq – 3 yer – 12-14 yaş, Əliyev Ağasaleh – Kempo kumite – 50 kq – 1 yer- 14-15 yaş, Abdullayev Mayıl – İriqumu Cyu – 75 kq – 1 yer – 18+, Xəlilov Vidadi – İriqumu Cyu – 80 kq – 1 yer – 18+, Məmişov Emil – Kempo kumite – 85 kq – 1 yer – 18+, çəkəsində idmançılar yer qazanmışlar.
İran İslam Respublikasının Karate Federasiyasının idarə heyətinin üzvləri Şahvirdizadə Əli, Həsən Abbasi, Abas Əsgəri, Məcid Xatəmi Beynəlxalq Seminarı, yarışı və Azərbaycanın yığıma komandasının çıxışını yaxşı qiymətləndirmişlər. AQOKKNF və BJKKF-nın idarə heyətinin üzvləri Vahid Əliyevin və Aydın Dadaşovun fikrinə görə uğurlu nəticəyə baxmayaraq qarşıdan gələn Dünya Çempionatında yığma komandanın heyətinddə dəyişikliklərin olması istisna deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir