Komandamız dünya çempionatında tarix yazdı

12244782_900914529957535_7109297205271625217_o (1)
13-14 noyabr 2015-ci il tarixlərdə Ukrayna Respublikasının Xarkov şəhərində keçirilən Kempo-Karate və Kobudo idman növü üzrə Açıq Dünya  Çempionatında və Beynəlxalq Seminarda Azərbaycan yığması uğurlu çıxış edib.  BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyev  Dünya  Çempionatında və Beynəlxalq Seminarın  açılış mərasimində çıxış etmişdir.
Tarverdi Allahverdiyev yığma komandanın çıxışını yaxşı qiymətləndirmişdir
  Yarışda Kata və tərkisilah üzrə nəticə qazanmış idmançılar: gənclərdə qızlar üzrə Məmmədova Nərgiz-15-16 yaş  kata 1- ci yer, kişilərdə Abdullayev Mail -kata 1-ci yer + 18 yaş , Hüseynov Pərviz Tərkisilah üzrə 1-ci yer + 18 yaş kata 3-cü yer, veteranlar üzrə Dadaşov Aydın kata 1-ci yer, Muxtarov Elçin 3-cü yer kata + 18 yaş.
 Kumite döyüş üzrə- Süleymanov Kənan- (iriqumu-qo)-35 kq 3-cü yer- 12-14 yaş , Məmmədov Xanağa- 3(iriqumu-Cyuqo)-cü yer- 9-11 yaş,  Bəylərov Təbriz(iriqumu-Cyuqo) +70kq 2-ci yer- 15-16 yaş, Əliyev Ağasaleh-(iriqumu-qo)50 kq 1-ci yer 15-16 yaş, Kişilər arası:Vidadi Xəlilov-(iriqumu-qo)-90 kq  1-ci yer + 18 yaş, Məmişov Emin -(iriqumu-qo)-85 1-ci yer +18 yaş, Rzazadə İbad -(iriqumu-Cyuqo)-70 kq 1-ci yer +18 yaş. Çəkisində idmanşılar yer qazanmışdılar. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Millisi 22 nəfərlik heyətlə təmsil olunurdu.
Xatırladaq ki dünya çempionatında qazanılan medalların sayına görə 1 ci yeri Azərbaycan,2 ci yer Ukrayna,3 cü yer Almaniya,4 cü yeri isə Bolqarıstan milliləri tutmuşdur.
Bizdə öz növbəmizdə Azərbaycan millisini bu uğuru ilə təbrik edirik.
12232694_900912566624398_1337090519180543975_o 12240240_900912856624369_4784791253552558381_o 12240470_900912516624403_3836934546396929170_o 12240956_900912706624384_2349862201212542330_o (1) 12243364_550866188397854_5288560721932462368_n (1) 12244782_900914529957535_7109297205271625217_o (1) 12265794_900914376624217_1283815230871446791_o

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir