13-14 noyabr 2015-ci il tarixlərdə Ukrayna Respublikasının Xarkov şəhərində keçirilən Kempo-Karate və Kobudo idman növü üzrə Açıq Dünya Çempionatında və Beynəlxalq Seminarda Azərbaycan yığması uğurlu çıxış edib. BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyev Dünya Çempionatında və Beynəlxalq Seminarın açılış mərasimində çıxış etmişdir.
Tarverdi Allahverdiyev yığma komandanın çıxışını yaxşı qiymətləndirmişdir
Yarışda Kata və tərkisilah üzrə nəticə qazanmış idmançılar: gənclərdə qızlar üzrə Məmmədova Nərgiz-15-16 yaş kata 1- ci yer, kişilərdə Abdullayev Mail -kata 1-ci yer + 18 yaş , Hüseynov Pərviz Tərkisilah üzrə 1-ci yer + 18 yaş kata 3-cü yer, veteranlar üzrə Dadaşov Aydın kata 1-ci yer, Muxtarov Elçin 3-cü yer kata + 18 yaş.
Kumite döyüş üzrə- Süleymanov Kənan- (iriqumu-qo)-35 kq 3-cü yer- 12-14 yaş , Məmmədov Xanağa- 3(iriqumu-Cyuqo)-cü yer- 9-11 yaş, Bəylərov Təbriz(iriqumu-Cyuqo) +70kq 2-ci yer- 15-16 yaş, Əliyev Ağasaleh-(iriqumu-qo)50 kq 1-ci yer 15-16 yaş, Kişilər arası:Vidadi Xəlilov-(iriqumu-qo)-90 kq 1-ci yer + 18 yaş, Məmişov Emin -(iriqumu-qo)-85 1-ci yer +18 yaş, Rzazadə İbad -(iriqumu-Cyuqo)-70 kq 1-ci yer +18 yaş. Çəkisində idmanşılar yer qazanmışdılar. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Millisi 22 nəfərlik heyətlə təmsil olunurdu.
Xatırladaq ki dünya çempionatında qazanılan medalların sayına görə 1 ci yeri Azərbaycan,2 ci yer Ukrayna,3 cü yer Almaniya,4 cü yeri isə Bolqarıstan milliləri tutmuşdur.
Bizdə öz növbəmizdə Azərbaycan millisini bu uğuru ilə təbrik edirik.