Rusiyanın Pyatiqorsk şəhərində Dünya Çempionatı.

Azərbaycan Komandası Dünya Çempionatında uğurla iştirak etdi

03-04 Dekabr 2016-cı il tarixlərdə Rusiyanın Pyatiqorsk şəhərində keçirilən Kempo Karate və Kabudo üzrə keçirilən Dünya Çempionatında və 04 Dekabr 2016-cı il tarixində Beynəlxalq Seminarda Azərbaycan yığması uğurlu çıxış edib. Yarış Beynəlxalq Kempo-Karate və Kobudo Federasiyasının prezidenti VI-DAN qara kəmər sahibi Boris Suşinski və AQOKKNF-nın, BCKKF-nın prezidenti, BOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərlikləri altında keçirilmişdir.

Nəzərinizə çatdırırıq ki, yarışda 17 ölkə iştirak edirdi. İlk beşdikdə I-yeri Rusiya, II-yeri Azərbaycan, III-yeri Konqo, IV-yeri Türkmənistan, V-yeri Özbəkistan Respublikaları almışdır. Bu beynəlxalq yarışda Azərbaycan Millisi 5 qızıl, 4 gümüş və 3 bürünc medalla dönüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir