İdmançılarımız Açıq Avropa çempionatı və Birinciliyində uğurla çıxış ediblər

20-23 fevral 2015-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Jugo kobute kemporyu idman növü üzrə Açıq Avropa Çempionatı və Birinciliyində Azərbaycan yığması uğurlu çıxış edib. Yarış Döyüş Növləri Məktəblər Birliyinin prezidenti Bessonov Pavel, Abubakarov Saypuddin, MATBİ prezidenti Tyvakov Btır və BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərliyi və hakimliyi altında keçirilmişdir. T.Allahverdiyev həmçinin Açıq Avropa Çempionatı və Birinciliyinin açılış mərasimində Bakı 2015 I Avropa oyunlarının təbliğatı ilə bağlı çıxış etmişdir.
Döyüş Növləri Məktəblər Birliyi (SUMA) tərəfindən Tarverdi Allahverdiyev sertifikat, döş nişanı və vəsiqə ilə təltif edilmişdir.
Yarışda 14 ölkə iştirak etmişdir.
Yarışda kata və tərkisilah üzrə nəticə qazanmış idmançılar: Əliyeva Günay – kata – 1 yer – +18, Allahverdiyev Məhəmməd – kata – 1 yer – 9-11 yaş, Abbasov Əliqulu – kata – 1 yer +18,  Məmişov Emil – kata – 3 yer +18, Ağazadə Yusif – kata – 3 yer 9-11, Allahverdiyev Məhəmməd – tərkisilah – 1 yer – 9-11 yaş, Xəlilov Vidadi – tərkisilah – 1 yer – +18, Məmmədov Samir – kata silahla – 2 yer – +18.
(Kumite) döyüş üzrə: Allahverdiyev Məhəmməd – iriqumu-cyuqo – 30 kq – 1 yer – 9-11 yaş, Soltanlı Anar – iriqumi-cyuqo – 45 kq – 1 yer – 15-17 yaş, Məmişov Emil – iriqumu-cyu – 85 kq – 1 yer +18Şıxəliyev Tural – iriqumi-cyuqo – 80 kq – 1 yer +18, Əsgərov İsral – iriqumu-cyuqo – 95+ kq – 1 yer – +18, Osmanov Ülvi – iriqumu-cyuqo – 60 kq – 1 yer – +18, Əhmədov Coşqun – iriqumi-cyu – 75 kq – 1 yer +18, Rüstəmov Elməddin – iriqumi-cyu – 1 yer – 65+ kq – +18, Abdullayev Elçin – iriqumu-cyu – 70 kq – 1 yer – 15-17 yaş, Səfərli Orxan – iriqumi-cyuqo – 45 kq – 2 yer – 12-14 yaş, Məhərrəmov Vahid – iriqumi-cyuqo – 50 kq – 2 yer – 15-17 yaş, Əliyev Ağasaleh – iriqumi-cyuqo – 40 kq – 2 yer- 15-17 yaş, Ağazadə Yusif – iriqumi-cyuqo – 30 kq – 2 yer – 9-11 yaş, Məmmədov Cahid – iriqumu-cyuqo 55 kq – 3 yer – 15-17 yaş çəkəsində idmançılar yer qazanmışlar.
Tarverdi Allahverdiyev yığıma komandamızın çıxışını yaxşı qiymətləndirib. İdarə heyətinin üzvləri Vahid Əliyev və Əliqulu Abbasovun fikirlərinə görə uğurlu nəticəyə baxmayaraq qarşıdan gələn Avropa və Dünya Çempionatlarında yığma komandanın heyətinddə dəyişikliklərin olması istisna deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir