Azərbaycan Komandası Dünya Çempionatında uğurla iştirak etdi

21-23 aprel 2016-cı il tarixlərdə Ukrayna Respublikasının Xarkov şəhərində Kempo Karate və Kabudo üzrə keçirilən Dünya Çempionatında və 24 aprel 2016-cı il tarixində Beynəlxalq Seminarda Azərbaycan yığması uğurlu çıxış edib. Yarış Beynəlxalq Kempo-Karate və Kobudo Federasiyasının prezidenti VI-DAN qara kəmər sahibi Boris Suşinski və AQOKKNF-nın, BCKKF-nın prezidenti, BOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyevin rəhbərlikləri altında keçirilmişdir.
Nəzərinizə çatdırırıq ki, yarışda 17 ölkə iştirak edirdi. İlk beşdikdə I-yeri Ukrayna, II-yeri Azərbaycan, III-yeri Konqo, IV-yeri Türkmənistan, V-yeri Özbəkistan Respublikaları almışdır. Bu beynəlxalq yarışda Azərbaycan Millisi 19 nəfərlik heyətlə təmsil olunurdu.
Yarışda Kata və Tərkisilah üzrə nəticə qazanmış idmançılar: yeniyetmələr arasında Məmmədov Xanağa – kata üzrə 3-cü yer 12-13 yaş, gənclər arasında – Əzizov Fərid Tərkisilah üzrə 1-ci yer +18 yaş, kişilərdə arasında — Hüseynov Pərviz Tərkisilah üzrə 1-ci yer, kata üzrə 2-ci yer + 18 yaş,
Kumite döyüş üzrə: Yeniyetmələr arasında – Əkbərli Rəvan — (iriqumu-qo) -30 kq 3-cü yer — 10-11 yaş, Məmmədov Xanağa — (iriqumu-qo) -40 kq 3-cü yer- 12-13 yaş, Məmmədov Cahid — (iriqumu-qo) +55 kq 2-ci yer- 14-16 yaş, Gənclər arası: Həzili Müşfiq — (layt kontakt) 63 kq 1-ci yer, (semi kontakt) 2-ci yer +18 yaş, Məmmədov Elman -(iriqumu-qo) -75 kq 1-ci yer +18 yaş, Şəfiyev Elnur — (iriqumu-qo) -65 kq 1-ci yer +18 yaş, Rzazadə İbad -(iriqumu-qo) -70 kq 1-ci yer +18 yaş, Mirsaabov Elmir (iriqumi-qo) 2-ci yer -55 kq +18 yaş, İsgəndərov Taleh – (iriqumi-qo) 3-cü yer -60 kq +18 yaş və çəki dərəcələrində idmançılar yer qazanmışdılar.
Boris Suşinski və Tarverdi Allahverdiyev yığma komandamızın çıxışını yaxşı qiymətləndirib. İdarə heyətinin üzvü Vahid Əliyev, Aydın Dadaşov və Əliqulu Abbasovun fikrinə görə uğurlu nəticəyə baxmayaraq qarşıdan gələn Avropa və Dünya Çempionatlarında yığma komandanın heyətinddə dəyişikliklərin olması istisna deyil.
http://www.mys.gov.az/news/20160510084736438.html
f9
f8
f7
f6
f5
f3
f2
f11
f12
f13
f14
f15
f16
f1
f10
fff

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *