DÖYÜŞ SƏNƏTLƏRİNİN TARİXİ HAQQINDA
Döyüş sənətlərinin tarixi çox qədimidir. Döyüş sənətləri müxtəlif mədəniyyətlərdə yaranmış və insanlar onlardan heyvan və digər insanların hücumlarından qorunmaq üçün istifadə etmişlər. Rəvayətlərin birində deyilir ki, Bodiharma adlı buddist rahib cənubi hind monastırından Çinə səfərə çıxır. Bizim eranın 520-ci ilində Çinin Şao Şik dağında yerləşən Şaolin məbədinə gəlir və orada doqquz il qalır. O, rahiblərə müxtəlif nəfəsalma üsulları və fiziki məşqlər keçir. Rahiblər ağır məşqlərdən sonra fiziki cəhətdən yorulub əldən düşəndə, Bodiharma onlara mənəvi və ruhi qüvvəni artırmağın yollarını başa salır. Onun verdiyi təlimlərin nəticəsində Şaolin rahibləri Çində ən güclü döyüşçülərə çevrilirlər. Bodiharmanın təlimi Çin Kemposunun yaranışı hesab olunur.
Kanryo Hiqaonna Sensey 1853-cü il martın 10-da Okinavanın Nahada şəhərində anadan olmuşdur. O, döyüş sənətlərini öyrənmək üçün Çinə səfər çıxmağa qərara gəlir. 1868-ci ildə Kanryo Hiqaonna 15 yaşında tələbə kimi Çinə səfər etmək üçün rəsmi icazə əldə edir. O, Fuçoluda döyüş sənətləri müəllimi Ryu Ryu Ko ilə tanış olur. Sensey Ryu Ryu Ko hündür və güclü idi. Onun yaşadığı binanın birinci mərtəbəsində dükanı var idi. O, bir qrup seçilmiş tələbələrə öz evində döyüş sənətləri öyrədirdi. Kanryo Hiqaonna əvvəlcə Ryu Ryu Konun həyətində, bəzən də dükanında işləməyə başlayır.Bir gün Ryu Ryu Ko ona döyüş sənətlərini öyrətməyə qərara gəlir. Tezliklə Ryu Ryu Ko Sensey görür ki, onun yeni tələbəsi çox istedadlıdır. Ryu Ryu Ko Sensey öz yeni tələbəsinə Dayto (uzun qılıncla), (balaca qılıncla), Say və Bo kimi ənənəvi silahlardan necə istifadə etməyi öyrədir. Bir neçə ilə Kanryo Hiqaonna Ryu Ryu Ko Senseyin ən yaxşı tələbəsinə çevrilir. Kanryo Hiqaonna 15 il Çində qalarkən, Çin Kemposunu öyrənmişdir. Bir gün Ryu Ryu Ko Sensey ona deyir ki, Okinavaya qayıtmaq vaxtıdır. Kanryo Hiqaonna Okinavaya qayıtdıqdan sonra öz evində döyüş sənətləri öyrətməyə başlayır. Qısa müddət ərzində hamı onu tanıyır. O, öz üslubunu Naha-te adlandırır. Sensey Kanryo Hiqaonna 1915-ci ildə vəfat etmişdir.
Çocun Miyaqi Sensey 1888-ci ildə aprelin 25-də Nahada şəhərində dünyaya göz açmışdır. Cocun Miyaqi Senseyin 11 yaşı olanda anası onu Ryu Ko araqakinin yanına döyüş sənətləri öyrənməyə aparır. Ryu Ko Araqaki Sensey Çocun Miyaqinin çox böyük potensialını və döyüş sənətlərini öyrənmək həvəsini görüb 1902-ci ildə öz ailəsini Tayvana aparmamışdan qabaq Miyaqini Sensey Kanryo Hiqaonna ilə tanış edir. Senseyin rəhbərliyi altında çox çətin və ağır məşq edirdi. Buna baxmayaraq Miyaqi təslim olmur, məşqi davam etdirir və Sensey Kanryo Hiqaonnanın evinə hər gün gəlir həmçinin digər tələbələrlə bir yerdə məşq edirdi. Məşqlər bitdikdən sonra Sensey Kanryo Hiqaonna Miyaqiyə onunla qalmasını xahiş edirdi və ona gizlicə öz döyüş sənətinin sirrlərini öyrədirdi. Sensey Kanryo Hiqaonna Miyaqiyə inanırdı və onu öz elminin varisi kimi görürdü. Sensey Çocun Miyaqi öz sənətini “Qocyu-Ryu” adlandırmağa qərara alır. “Qo” sərt, “Cyu” isə yumşaq deməkdir. Sensey Çocun Miyaqi 1953-cü ildə vəfat etmişdir.
Aniçi Miyaqi Sensey 1931-ci ildə fevralın 9-da Nahada şəhərində dünyaya göz açmışdır. Aniçi Miyaqi Sensey Çocun Miyaqinin evinin yaxınlığında yaşayırdı. Aniçi Miyaqi Senseyin evində karate məşqlərinə başlayır. Sensey Çocun Miyaqi hərəkətlər və onların mənaları barəsində uzun nitqlər söyləyirdi və bildiyi hər hərəkəti tələbəsi ilə bölüşürdü. O, Aniçiyə bunkayları bütün təfərrüatı ilə öyrədərdi. Bir gün Çocun Miyaqi Aniçiyə deyir “Mən Qocyu-ryunu sənə ötürmüşəm Sən çox çalışmalı və mənim sənə verdiyim bu sərvətin qədrini bilməlisən.” Sensey Aniçi Miyaqi həyatını Qocu-ryuya həsr etdi. O, tam Qocyu-ryu təliminin öyrədildiyi yeganə tələbə idi. Sensey Qocyu-ryu təlimini yalnız bir tələbəyə, Sensey Morio Hiqaonnaya öyrətdi. Sensey Aniçi Miyaqi 2009-cu ildə vəfat etmişdir.
Morio Hiqonna Sensey 1938-ci ildə dekabrın 25-də Okinavanın Nahada şəhərində dünyaya göz açmışdır. Morio Hiqaonna Sensey Aniçi Miyaqinin rəhbərliyi altında döyüş sənətlərini öyrənməyə başlayır. O, gecə-gündüz gərgin məşq edirdi. Gənc Hiqaonna Karate haqqında bacardıqca çox öyrənməyə çalışırdı. O, düşünürdü ki, karate onun həyatının mənası və həyatını karatesiz təsəvvür edə bilmirdi. 1979-cu ildə Sensey Morio Hiqonna öz yapon və əcnəbi tələbələri ilə birlikdə Beynəlxalq Okinava Qocyu-ryu Karate-do federasiyası yaradır. Hazırda 50-dən artıq ölkə BOQKF-nın üzvüdür. Sensey Morio Hiqonna 2003-cü ildə Bakıya səfər edir səfərin məqsədi MDB ölkələrinin Qsşukası (seminarı), 2011-ci ildə isə Avroasiya seminarı rəhbərliyi altında keçirilmişdir. Sensey hələ də gündəlik olaraq dərs deyir və məşq edərək döyüş sənətləri üzrə öz biliyini artırır.
AZƏRBAYCAN OKİNAVA QOCYU-RYU KARATE-DO VƏ KABUDO NÖVLƏRİ FEDERASİYASININ TARİXİ
Sensey Tarverdi Əflan oğlu Allahverdiyev 1975-ci ildə boks idman növü ilə məşqlərə başlayıb, ilk ustası Oqtay Eyvazov olmuşdur. 1977-ci ildə şərq idman növlərinə həvəs göstərməyə başlayıb. Keçmiş SSRİ-də hərbi xidmətdə olduğu vaxtlarda əlbəyaxa və karate idman növü ilə məşqlərini davam etdirmişdir. Dövlət Bədən Tərbiyəsi İnstitutunun müəllimlik ixtisası üzrə qiyabi şöbəsini bitirmişdir. 1992-ci ildə Avropa Karate-Do Federasiyası tərəfindən I-Dan qara kəmərə layiq görülüb və həmin ildən Qocyu-Ryu Okinava Karate-Do və Kobudo döyüş növlərinə həvəs göstərməyə başlayıb. 1995-ci ildə Moskva şəhərindəki Okinava Qocyu-Ryu müəllimlik məktəbinə daxil olmuş, sonra məktəbin ardını Yaponiyanın Okinava şəhərində davam etdirmişdir. Məktəbdə təlimləri Dünya Qocyu-Ryu Karate-Do Federasiyasının baş təlimatçısı, prezidenti, X-Dan Şairman Mario Hiqaonna və müəllimlər Aniçi Miyaqi, Araqake Suiçi, Erni Molniks, Corc Endrusun rəhbərliyi altında aparılırdı. 1996-cı ildən Azərbaycan Okinava Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyası rəsmi fəaliyyətə başlamışdır. Həmin ildən Azərbaycan Okinava Qocyu-Ryu Karate-Do və Kobudo Növləri Federasiyası dünya OQKF-nın üzvlüyünə qəbul edilmişdir. Okinava Qocyu-Ryu Karate-Do növünü Azərbaycanda ilk dəfə başlayan və inkişaf etdirən Azərbaycan üzrə baş təlimatçısı (şefinstruktor), Beynəlxalq Okinava Qocyu-Ryu Karate-Do müəllimlik məktəbini bitirmiş, Beynəlxalq Jugo Kobute və Kempo-ryu Federasiyasının prezidenti və Beynəlxalq Kempo Karate və Kobudo Federasiyasının vitse-prezidenti, Qocyu-ryu karate-do üzrə VI-Dan, Jugo Kobute və Kempo-ryu üzrə VIII-Dan, Suma üzrə XIII-Dan, Ciu-citsu üzrə II-Dan, Şhotakan karate-do üzrə I-dan qara kəmər sahibi, Azərbaycan Respublikasının faxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi Tarverdi Əflan oğlu Allahverdiyevdir.
BEYNƏLXALQ JUGO KOBUTE VƏ KEMPO-RYU FEDERASİYASININ TARİXİ
T.Allahverdiyev Azərbaycanın bütün bölgələrində olan filiallarda Okinava Qocyu-Ryu Karate-do, Cyu-qo Kabute və Kempo-ryu növlərini inkişaf etdirir.
Beynəlxalq Cyu-qo Kabute və Kempo-ryu Növləri Federasiyasının nümayəndəlikləri İran İslam,Türkiyə, Çin, Gürcüstan, Bolqariya, Ukrayna, Özbəkistan, İrak və s. Dövlətlərdə fəaliyyət göstərirlər.