Hacıqabul rayonunda Azərbaycan Karate Federasiyasının qocyu-ryu ənənəvi karate üslubu üzrə region seminarı keçirildi.
Hacıqabul rayonunda Azərbaycan Karate Federasiyasının qocyu-ryu ənənəvi karate üslubu üzrə 20.07.2025-ci il tarixdə region seminarı keçirildi . Seminar qocyu-ryu ənənəvi üslubunun rəhbəri əməkdar bədən tərbiyəsi və idman xadimi Tarverdi Allahverdiyevin rəhbərliyi ilə təşkil olunub.Məşqçilər Şamo Bağırov, Əliqulu Abbasov, Elnur Şəfiyev, Vüqar Həziyev və Məmməd Allahverdiyev köməkçi qismində iştirak ediblər.Seminarda 70-dən çox idmançı və 3 komanda iştirak edib. Tədbirin sonunda bütün iştirakçılar Azərbaycan Karate Federasiyasının sertifikatı ilə təltif olunublar.