08-09 may 2015-ci il tarixlərdə Ukrayna Respublikasının Xarkov şəhərində keçirilən Kempo-Karate və Kobudo idman növü üzrə Avropa Çempionatında Azərbaycan yığması uğurlu çıxış edib. BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyev Avropa Çempionatının açılış mərasimində Bakı 2015 I Avropa oyunlarının təbliğatı ilə bağlı çıxış etmişdir.
Yarışda 14 ölkə iştirak etmişdir.
Yarışda kata və tərksilah üzrə nəticə qazanmış idmançılar: Hüseynov Pərviz kata – tərksilah – 1 yer +18, Muxtarov Elçin – tərksilah – 2 yer +18, Əliyev Ağasaleh – kata – 3 yer 15 – 17, Hüseynov Pərviz – kata – 3 yer +18, Əliyev Ağasaleh – kempo kumite – 2 yer – 40 kq – 15-17 yaş çəkisində idmançılar yer qazanmışlar.
Tarverdi Allahverdiyev yığma komandanın çıxışını yaxşı qiymətləndirmişdir.