<strong>23-25 may 2015-ci il tarixlərdə İran İslam Respublikasının Təbriz və Urmiya şəhərlərində keçirilən Jugo kobute kemporyu idman növü üzrə I Evrazia çempionatında və Beynəlxalq Seminarda Azərbaycan yığması uğurlu çıxış edib. BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyev I Evrazia çempionatının və Beynəlxalq Seminarda açılış mərasimində Bakı 2015 I Avropa oyunları barəsində çıxış etmişdir. </strong>
<strong>Yarışda 12 ölkə iştirak etmişdir.</strong>
<strong>Yarışda kata və tərksilah üzrə nəticə qazanmış idmançılar: Şəfiyev Elnur – tərksilah – 1 yer +18, Şəfiyev Elnur – kata – 3 yer +18, Qasımov Rəfail – tərksilah – 3 yer +18, Əhmədov Tərlan – kumite – 1 yer – 80 kq +18, Xəlilov Vidadi – kumite – 1 yer – 90 kq +18 yaş çəkisində idmançılar yer qazanmışlar. </strong>
<strong>Tarverdi Allahverdiyev yığma komandanın çıxışını yaxşı qiymətləndirmişdir.</strong>