İdmançılarımız Avropa çempionatında uğurla çıxış ediblər
08-09 may 2015-ci il tarixlərdə Ukrayna Respublikasının Xarkov şəhərində keçirilən Kempo-Karate və Kobudo idman növü üzrə Avropa Çempionatında Azərbaycan yığması uğurlu çıxış edib. BJKKF, AQOKKNF-nın prezidenti, İOQKF-nın Azərbaycan üzrə baş təlimatçısı, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi, Beynəlxalq Kempo-Kobudo Federasiyasının vitse-prezidenti VIII-DAN kəmər sahibi Tarverdi Allahverdiyev Avropa Çempionatının açılış mərasimində Bakı 2015 I Avropa oyunlarının təbliğatı ilə bağlı çıxış etmişdir. Yarışda 14 ölkə iştirak etmişdir. Yarışda kata və tərksilah…

