4-6 may Tarixlərində Ukraynanın Xarkov Şəhərində Keçirilən Dünya Çempionatı

Bildiyimiz kimi, bu il Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyidir. Bu münasibətlə ölkəmizdə müxtəlif tədbirlər, yığıncaqlar, dəyirmi masalar təşkil olunur. Bu cür tədbirlərdən biri də Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobudo Növləri Federasiyasında keçirildi. Tədbiri giriş sözü ilə açan federasiyanın prezidenti Tarverdi Allahverdiyev ölkəmizdə gənclərin idmana olan marağının günü-gündən artmasından danışdı. O, bildirdi ki, bunun kökündə hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının idmana verdiyi yüksək diqqət və qayğı durur. Tədbirin fəxri qonağı olan Rusiya Dövlət Dumasının səlahiyyətli nümayəndəsi Ramin Qasımov da çıxışı zamanı bildirdi ki, Azərbaycan dünya idman ictimaiyyətində ciddi tərəfdaş, idmançılar isə güclü rəqibdir.

Tədbirdə çıxış iştirak edən mətbuat nümayəndələri və digər qonaqlar da ölkəmizdə idmanın yüksək inkişafından danışdılar və Cumhuriyyətimizin 100 illiyi münasibəti ilə xalqımızı təbrik etdilər.

Tədbirdə eyni zamanda 4-6 may tarixlərində Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatından da söz açıldı. Bildirildi ki, keçirilən dünya çempionatında ölkəmizi 18 idmançı təmsil edib. Idmançılar arasında gənclər, yeniyetmələr və yaşlılar da olub. Onlardan qadın idmançımız Şəms Hacıyeva, Zöhrab Səfərov, Pərviz Hüseynov, Yusif Əhmədov, Elçin Mahmudov, Vahid Məhərrəmov, Məhəmməd Allahverdiyev, Elnur Şəfiyev, İbad Rzazadə, Müşfiq Həzili və Fateh Tahirov qızıl, digər idmançılarımız Əbülfəz Hüseynzadə, Orxan Fərəcov və Tural Rzayev gümüş, Həsən Davudzadə, Tural Quliyev və Alay Məmmədcan bürünc medalla ölkəmizə dönüblər.
Fərdi kata üzrə Abdullazadə Ali və Abdullazadə Cavid gümüş medal komanda kata üzrə isə gizil medal qazanıblar. Tədbirin sonunda qalib idmançılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb və xatirə şəkilləri çəkilib.

WhatsApp Image 2018-05-27 at 07.41.52 WhatsApp Image 2018-05-27 at 07.41.53 WhatsApp Image 2018-05-27 at 07.41.54 WhatsApp Image 2018-05-27 at 07.41.55 WhatsApp Image 2018-05-27 at 07.41.56 WhatsApp Image 2018-05-27 at 07.41.57 WhatsApp Image 2018-05-27 at 07.41.65 WhatsApp Image 2018-05-27 at 07.41.67 WhatsApp Image 2018-05-27 at 07.41.77 WhatsApp Image 2018-05-27 at 22.48.36

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *